Siyasət

Peskov: “Azərbaycan və Ermənistan sülh müqaviləsini yekunlaşdırmağa hazırdırlar”

Sharing is caring!


“Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmağa hazırdırlar”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkənin “Birinci Kanalı”nın efirində bildirib.

“Onlar artıq müharibə aparan tərəflər deyillər. Onlar vahid sənəd əldə etməyə, sülh danışıqlarını yekunlaşdırmağa, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bildirirlər. Burada heç bir risk yoxdur”, – Kreml nümayəndəsi bildirib.

Qeyd edək ki, bu gün Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir