İdman

“Nyukasl” doğma meydanda “Nottinqqem”ə uduzdu – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində “Nyukasl Yunayted” “Nottinqem Forest”lə qarşılaşıb.

Sent Ceyms Parkdakı oyun qonaqların 1:3 hesablı qələbəsilə bitib.

Oyunda hesabı penaltdən “sağsağanlar”ın isveçli hücumçusu Aleksandr İsak açsa da, əvvəllər “Nyukasl”da çıxış edən “Nottinqem”in hücumçusu Kris Vud het-trik edərək ev sahiblərini qol vurmağa peşman edib.

Bu qələbə sayəsində “Nottinqem” 17 xal toplayaraq turnir cədvəlində 16-cı pilləyə yüksəlib. “Nyukasl” isə 29 xalla yeddinci yerdədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir