Cəmiyyət

Meyxanaçı Elmir Gəraybəyli “Demə boş şeydi məhəbbət” mahnısının tarixçəsindən danışıb – VİDEO

Sharing is caring!


Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki buraxılışında bir vaxtların məşhur “Demə boş şeydir məhəbbət” mahnısının ifaçısı, meyxanaçı Elmir Gəraybəyli qonaq olub.

O, mahnının ərsəyə gəlməsinin tarixçəsindən danışıb.

Meyxanaçının sözlərinə görə, hərbi xidmətdən qayıtdıqdan sonra sevgilisinin onu tərk etdiyini öyrənib və bu mahnını yazıb.

“Dostumun dükanı var idi, kaset satırdı. Mahnını ona verib dedim ki, kompüterdə qalsın. Səhər zəng etdi ki, hamı məndən bu mahnını istəyir”, – E.Gəraybəyli söyləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir