Dünya

Ankara sakinlərinə leysan və daşqın xəbərdarlığı edildi – FOTO

Sharing is caring!


Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) Ankara sakinlərini sel və daşqın təhlükələri barədə xəbərdar edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə idarənin “X” sosial şəbəkəsindəki səhifəsində bildirilir.

Məlumata görə, Ankarada günün ikinci yarısında leysan gözlənilir. Xüsusilə meqopolisin cənub və şərqində güclü yağıntılar olacaq.

Türkiyə paytaxtının sakinlərinə də müvafiq məzmunlu SMS bildirişlər göndərilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir