Dünya

İspaniya NATO-nun şərq cinahına 14 döyüş təyyarəsi yerləşdirəcək

Sharing is caring!

İspaniya Müdafiə Nazirliyi NATO-nun şərq cinahını möhkəmləndirmək üçün Bolqarıstan və Rumıniyaya 14 qırıcı təyyarə yerləşdirəcək.

Bildirilir ki, altı “Eurofighter” və 130 hərbçi yerli qüvvələrə təlim keçmək üçün noyabr-dekabr aylarında Bolqarıstana gedəcək. Növbəti yerləşdirmə 2023-cü ilin dekabr-mart ayları arasında Rumıniyaya nəzərdə tutulur. Buxarest isə səkkiz F18M döyüş təyyarəsi və 130 hərbçi qəbul edəcək.

Bununla yanaşı, Rumıniyada oktyabrın 17-dən etibarən 2023-cü ilin iyun ayının sonuna qədər fəaliyyət göstərəcək uzaqmənzilli havadan müşahidə radarı yerləşdiriləcək.

Mənbə: “Frans Press”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir