Dünya

Parisdə iğtişaşlar: Polis gözyaşardıcı qazdan istifadə etdi – VİDEO

Sharing is caring!

Parisdə 1 May Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü ilə əlaqədar nümayişlər keçirilir.

Respublika meydanından başlayan yürüş iştirakçıları Volter Bulvarı boyunca marşrutun son nöqtəsi olacaq Millətlər Meydanına doğru hərəkət edir. Nümayişdə müxtəlif həmkarlar ittifaqları, gənclər təşkilatları, solçu siyasətçilər, sosialist və kommunist partiyalarının nümayəndələri, həmçinin Sarı Jiletlilər hərəkatının tərəfdarları iştirak edirlər.

Hərəkət marşrutu boyunca polislər növbə çəkir. Artıq etirazçılarla asayiş keçikçiləri arasında toqquşmalar da qeydə alınıb. Polisin nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.

Mənbə: “RİA Novosti”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir