Dünya

Moskvanın üç hava limanında 50-yə yaxın reys gecikib və təxirə salınıb

Sharing is caring!


Moskvanın üç hava limanında – Vnukovo, Domodedovo və Şeremetyevoda qar yağması səbəbindən azı 38 reys gecikib, 12 reys təxirə salınıb.

Məlumata görə, Vnukovo hava limanında səkkiz reys gecikib və beşi ləğv edilib. Domodedovo hava limanında 16 reys gecikib və beşi ləğv edilib. Şeremetyevo hava limanında 14 reys gecikib, iki reys təxirə salınıb.

Qeyd edək ki, səhər saatlarında “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets Moskvada ongünlük iqlim normasının artıq 40%-nin yağdığını bildirib. Sinoptikin sözlərinə görə, gecə ərzində Moskvada havanın minimal temperaturu mənfi 7,1 dərəcə, regionda mənfi 10 dərəcəyə qədər olub.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir