Siyasət

Sərdar Fərəcov: “Sifarişlə musiqi yazmaq hər bir bəstəkarın uğurunun yarısıdır”

Sharing is caring!


“Sifarişlə musiqi yazmaq hər bir bəstəkarın uğurunun yarısıdır”.

“Report” xəbər verir ki, bunu Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, bəstəkar, xalq artisti Sərdar Fərəcov Bakıda keçirilən Musiqi forumunda panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bəstəkara sifariş vermək həm də həmin bəstəkarın yaradıcılığa etimadın olduğunu göstərir:

“Bu zaman həm də bəstəkarda özünə qarşı məsuliyyət və ruh yüksəkliyi yaranır. Ümumiyyətlə, sifarişlə yazılan əsərin üstünlüyü odur ki, sən bilirsən ki, o əsər ifa olunacaq”.

Xalq artisti həmçinin vurğulayıb ki, bu sahəyə yeni gələnlərə mütləq meydan açılmalıdır ki, onlar əsərlərini göstərə bilsinlər.

Musiqi forumundakı panel müzakirədə çıxış edən əməkdar müəllim, musiqişünas, professor Adilə Yusifova təklif edib ki, bəstəkarların əsərlərinin alınması məsələsi də Mədəniyyət Nazirliyi tərəfindən bərpa edilməlidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir