Dünya

Maykl Ceksonun qızı məhkəməyə müraciət etdi: Naməlum şəxs tərəfindən təqib olunur – FOTO

Sharing is caring!


Maykl Ceksonun qızı, aktrisa və müğənni Peris Cekson etiraf edib ki, uzun illərdir onu naməlum şəxs təqib edir və hətta bu yaxınlarda onun həyətinə belə girib.

Peris Cekson həmin şəxsin ona yaxınlaşmasına mane olması üçün məhkəməyə müraciət edib. Cekson iddia edir ki, kişi avqustun 23-də onun evinin hasarını aşıb, bundan sonra pəncərələrdən baxmağa başlayıb. O, polisə zəng edib, lakin polis gələnə qədər kişi qaçıb.

Aktrisanın sözlərinə görə, təqib edən şəxs əvvəllər də onun evinin yaxınlığında peyda olub və bir dəfə hətta polis tərəfindən həbs edilib. Kişi həmçinin 2019-cu ilin dekabrından ona mesajlar da göndərir. Cekson etiraf edib ki, öz evində qalmaqdan qorxur, çünki kişi getdikcə daha ​​həyasız olur.

Qeyd olunub ki, Ceksonun evində baş verən hadisədən iki gün sonra polisə daha bir məlumat daxil olub ki, aktrisanın evinin yaxınlığında naməlum şəxs peyda olub və ön qapıya yaxınlaşıb.

Peris Cekson məhkəmədən xahiş edib ki, təqib edən şəxsin ona, evinə, maşınına və ziyarət etdiyi bütün yerlərə yaxınlaşmasını qadağan etsin. O, həmçinin məhkəmədən kişinin sosial şəbəkələr vasitəsilə onunla əlaqə saxlamasına da qadağa qoyulmasını istəyib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir