Siyasət

“Dövlətimizin və xalqımızın gələcəyi etibarlı əllərdədir” – ŞƏRH + FOTO

Sharing is caring!


“Tarixdə ilk dəfə Cənubi Azərbaycanda portretləri qaldırılan dövlət başçısı məhz İlham Əliyev oldu”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Mili Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O qeyd edib ki, İlham Əliyevin prezident seçilməsinin 20 illiyini təhlil edərkən ümumiləşdirilmiş yekun qənaət belədir:

“İlham Əliyev 2003-cü il seçki ərəfəsində xalqa verdiyi bütün sözləri artıqlaması ilə yerinə yetirdi. Təkcə, 10 milyonluq Azərbaycan vətəndaşının deyil, 50 milyonluq dünya azərbaycanlılarının Prezidenti olmağı bacardı.

Ölkədə bütün sahələr inkişaf etdi. Siyasi, iqtisadi, sosial, təhsil, səhiyyə, mədəniyyət, idman, tikinti, quruculuq, infrastruktur, nəqliyyat, logistika, ordu quruculuğu, təhlükəsizlik, ümumiyyətlə, bütün sahələr ciddi inkişaf etdirildi”.

Millət vəkili qeyd edib ki, ən əsası isə son dərəcə mürəkkəb geosiyasi şəraitdə, 200 ildən bəri itirə-itirə gəldiyimiz torpaqlarımız işğaldan azad olundu:

“Bədnam “miatsum” ideyalarının ölkəmizdə kökü kəsildi. Azərbaycan dünya miqyasında güclü dövlət, etibarlı tərəfdaş dövlət olaraq tanındı. Post-sovet ölkələrində ən mürəkkəb etnik münaqişə hesab olunan Qarabağ probleminin həlli, həyata keçirdiyi çoxsaylı transmilli layihələr, beynəlxalq münasibətlər sistemində apardığı aktiv diplomatiya, ölkəmizin beynəlxalq nüfuzunun kəskin artmasına səbəb oldu”.

“Bu gün qürurla deyə bilərik ki, Prezident İlham Əliyev Türk dünyasının liderlərindən biri, beynəlxalq miqyasda qətiyyəti və prinsipiallığı ilə seçilən, sözü ilə əməli üst-üstə düşən dövlət başçısı olaraq tanınır. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, beynəlxalq hüququn işləmədiyi, yaşadığımız coğrafiyada böyük güclərin maraqlarının toqquşduğu bir zamanda, İlham Əliyev kimi peşəkar, yüksək təhsili, intellekti ilə seçilən müdrik liderə sahibdir. Dövlətimizin və xalqımızın gələcəyi etibarlı əllərdədir”, – deyə N.Məhəməliyev əlavə edib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir