Cəmiyyət

“Naxçıvan” Universitetində Əziz Səncərlə onlayn görüş keçirildi – FOTO/VİDEO

Sharing is caring!


“Naxçıvan” Universitetindǝ Nobel mükafatçısı, ABŞ-nin Şimali Karolina Universitetinin professoru Əziz Sǝncǝrin onlayn iştirakı ilǝ UNEC rektorunun müşaviri, dosent, iqtisad üzrǝ fǝlsǝfǝ doktoru Elşǝn Bağırzadǝnin Türkiyǝ Cümhuriyyǝtinin 100 illik yubileyinǝ ithaf olunmuş, “Əziz Sǝncǝrdǝn elm vǝ milli inkişaf haqqında aforizmlǝr” adlı kitabının tǝqdimatı keçirilib.

Bizim.media xəbər verir ki, tədbirdə əvvǝlcǝ, şǝhidlǝrin ǝziz xatirǝsi bir dǝqiqǝlik sükutla yad edilib, Dövlǝt Himni sǝslǝndirilib.

Bir çox xarici ölkǝdǝn alimlǝrin dǝ onlayn qoşulduğu tǝdbiri giriş sözü ilǝ açan rektor Anar Kazımov “Naxçıvan” Universitetindǝ tǝlǝbǝ vǝ müǝllim heyǝtinin qarşısında ABŞ-nin Şimali Karolina Universitetinin biokimya vǝ biofizika fakültǝsinin professoru, kimya üzrǝ Nobel mükafatı laureatı, DNT sahǝsindǝ mühüm kǝşflǝri ilǝ tanınan, ABŞ Milli Elmlǝr Akademiyasının üzvü Əziz Sǝncǝri görmǝyin qürurverici olduğunu qeyd edib.

Rektor bildirib ki, Əziz Sǝncǝr şǝxsiyyǝti elm sahǝsindǝ Nobel mükafatı alan ilk türk alimi kimi bizim üçün çox ǝzizdir.

Buna görǝ dǝ “Naxçıvan” Universitetindǝ bu gün ǝn ǝlamǝtdar günlǝrdǝn biridir. Rektor diqqǝtǝ çatdırıb ki, Universitet Elmi Şurasının 21 sentyabr 2023-cü il tarixli Qǝrarı ilǝ Elmi Kitabxanada “Əziz Sǝncǝr adına oxu zalı” tǝsis edilib.

Tǝdbirdǝ UNEC rektorunun müşaviri, dosent Elşǝn Bağırzadǝ, Türkiyǝnin Naxçıvandakı Baş konsulu Asip Kaya, AMEA Naxçıvan Bölmǝsinin sǝdri, akademik İsmayıl Hacıyev, Naxçıvan Muxtar Respublikası Gǝnclǝr Fondunun icraçı direktoru Cǝbi Quliyev, Türkiyǝ Cümhuriyyǝti Atatürk Universitetinin professoru Kerem Karabulut, Qars Qafqaz Universitetinin professoru Hacalı Nǝcǝfoğlu çıxış edǝrǝk bildiriblǝr ki, Əziz Sǝncǝrin ürǝyi hǝr zaman Azǝrbaycanla döyünüb.

Tǝsadüfi deyil ki, Azǝrbaycan Respublikasının Prezidenti İlham Əliyev Vǝtǝn müharibǝsindǝki tarixi qǝlǝbǝdǝn çox keçmǝmiş, dekabrın 2-dǝ dünya şöhrǝtli alimi qǝbul edib, onun Vǝtǝn müharibǝsi zamanı Azǝrbaycanın haqlı mövqeyini şǝxsǝn dǝstǝklǝmǝsini yüksǝk qiymǝtlǝndirib. Dövlǝt başçımızın 2021-ci il 10 sentyabr tarixli Sǝrǝncamı ilǝ Nobel mükafatçısı, görkǝmli alim Əziz Sǝncǝr “Azǝrbaycan Respublikası Prezidentinin fǝxri diplomu” ilǝ tǝltif edilib.

Çıxışlarda Nobel mükafatçısının Şuşa sǝfǝrindǝn danışılıb. İkinci Qarabağ müharibǝsi zamanı Gǝncǝyǝ raket hücumları nǝticǝsindǝ hǝr iki valideynini itirmiş 3 yaşlı Xǝdicǝ Şahnǝzǝrovanın tǝhsil xǝrclǝri üçün yardım ayırması vurğulanıb.

Qismǝt olarsa, Naxçıvana sǝfǝr edǝcǝyini bildirǝn Nobel mükafatçısı Əziz Sǝncǝr gǝnclǝrǝ tövsiyǝlǝrini verǝrǝk uğura gedǝn yolun formulunu onlarla bölüşüb. Alim qeyd edib ki, istǝnilǝn uğura yalnız zǝhmǝt vǝ fǝdakarlıqla nail olmaq mümkündür.

“İstǝr Amerika olsun, istǝrsǝ dǝ başqa ölkǝlǝr, dünyanın heç bir yerindǝ zǝhmǝtkeş insanın qarşısında heç kim dura bilmǝz”, – deyǝn professor hǝyatda şansa inanmadığını, bütün nailiyyǝtlǝrǝ alın tǝri ilǝ sahib olduğunu diqqǝtǝ çatdırıb.

Ömrünü, demǝk olar ki, bütünlüklǝ elmǝ hǝsr edǝn alim gǝnclǝrǝ davamlı mütaliǝ vǝ elmlǝ mǝşğul olmağı tövsiyǝ edib. Tǝdbir Universitet Elmi Kitabxanasının “Əziz Sǝncǝr adına oxu zalı”nın tǝqdimatı, Nobel mükafatçısına tǝlǝbǝlǝr tǝrǝfindǝn ünvanlanan suallar vǝ “Əziz Sǝncǝrdǝn elm vǝ milli inkişaf haqqında aforizmlǝr” adlı kitabın imza mǝrasimi ilǝ başa çatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir