Dünya

İsraildən vətəndaşlarına “yüksək təhlükə” xəbərdarlığı: “İordaniya və Misiri tərk edin”

Sharing is caring!


İsrail hökuməti təhlükəsizlik səbəbi ilə öz vətəndaşlarını Misir və İordaniya ərazilərini tərk etməyə çağırıb.

Bu barədə İsrail baş nazirinin Dəftərxanasından bildirilib.

İsrailin Milli Təhlükəsizlik Şurası israillilər üçün Misir və İordaniyaya səyahət xəbərdarlığını ən yüksək səviyyəyə qaldırıb.

“İsrail Milli Təhlükəsizlik Şurası Misir (Sinay daxil olmaqla) və İordaniya üçün səyahət xəbərdarlığını 4-cü səviyyəyə (yüksək təhlükə) qaldırır və bu ölkələrə səyahət etməməyi tövsiyə edir. Bu ölkələrdə olanlar onların ərazilərini mümkün qədər tez tərk etməlidirlər”, – deyə bəyanatda bildirilib.

Mənbə: “Sputnik” Moldova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir