Cəmiyyət

Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarcanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib – FOTO

Sharing is caring!


2023-cü il oktyabrın 17-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin (Yargıtay) sədri Mehmet Akarcanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub. 

Qonaqları salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ölkələrimiz arasında məhkəmə sahəsində əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu və uğurla inkişaf etdiyini qeyd edib. Hər iki ölkənin ədalət mühakiməsini həyata keçirən orqanlarının ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyi diqqətə çatdırılıb. 

Qeyd edilib ki, iki ölkə arasında əlaqələrin möhkəmlənməsində dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səmimi qardaşlıq münasibətlərinin xüsusi rolu var. 

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Mehmet Akarca ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. Məhkəmə-hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinin bütün türk dünyası üçün əhəmiyyətindən bəhs olunub. 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir