Siyasət

Azərbaycanda qiymətli daşların və mədəniyyət məhsulların alqı-satqısı nağdsız formada aparılacaq

Sharing is caring!


Azərbaycanda qiymətli metalların və qiymətli daşların alqı-satqısı zamanı ümumi məbləğ 15 min manatdan artıq olduqda ödəniş nağdsız qaydada həyata keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna dəyişikliklərdə qeyd olunub.

Sərəncama əsasən, Azərbaycanda dəyəri 15 min manatdan çox olan qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı nağdsız formada aparılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir