Cəmiyyət

Kiber Yay Məktəbinə qəhrəman şəhid övladları da cəlb olundu – FOTO

Sharing is caring!

Hazırda Azərbaycanda keçirilən Beynəlxalq Kiber Yay Məktəbinə xarici ölkələrdən olan yeniyetmələrlə yanaşı, qəhrəman şəhid övladları da cəlb olunub. 

Oxu.Az xəbər verir ki, yerli və xarici mütəxəssislər tərəfindən aparılan yay məktəbinin təşkilində məqsəd kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə sahib yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişmələrinə dəstək verməkdir.

Belə təşəbbüslər bir daha göstərir ki, Azərbaycan dövləti şəhidlərin övladlarına, onların arxada buraxıb getdiyi əzizlərinə sahib çıxır.

Qeyd edək ki, yeniyetmələrin öyrəndikləri bu sahə isə dövlət təhlükəsizliyində ən vacib sahələrdən biridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir