Siyasət

Fransanın BMT İnsan Hüquqları Şurasında rəzilliyi – ŞƏRH

Sharing is caring!


Hər yerdən əli üzülən Fransa bu dəfə BMT İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə bəyanat qəbul edilməsinə nail oldu.

Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin köçməsinin səbəblərinə dair iddialar səsləndirilib. Bu iddialar əsassız və böhtan xarakterlidir. 

BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası zamanı Azərbaycan Respublikasının nümayəndə heyəti Fransanın bəyanatına cavab olaraq bəyanatla çıxış edib.

Bildirilib ki, Ermənistan mətbuatında yayılan və 34 ölkənin birgə bəyanatı kimi təqdim edilən bəyanat, əslində, yalnız Fransa və Ermənistan adından verilib.

Azərbaycan nümayəndə heyəti öz bəyanatında Fransanın səsləndirdiyi ittihamları rədd edərək, onun ölkəmizdə baş verən siyasi proseslərə açıq-aşkar müdaxilə cəhdini pisləyib.

Fransa yenə qərəzlidir, birtərəflidir, hikkəlidir. Bəyanatda ermənilərin Qarabağdan köçməsi faktı ilə bağlı manipulyasiyalara yol verilib.

Avropa Şurası Nazirlər Komitəsinin sədri Kristianis Karinşin bildirib: “Qarabağı tərk etmiş “etnik ermənilərin mühacir, yoxsa qaçqın olduğunu aydınlaşdırmaq lazımdır”.

Birincisi, Qarabağdan ermənilərin köçü könüllü əsasda olub. Azərbaycan dövləti onları məcbur etməyib. Əksinə, daha səmərəli və faydalı təkliflər verib ki, Azərbaycanın hüquq sistemi altında yaşasınlar. Ermənilər getməyi seçiblərsə, bu, onların qaçqın statusunda olduğunun dəlili sayıla bilməz.

İkincisi, Qarabağı tərk edənlərin heç də hamısı mülki ermənilər deyil. Onların içərisində vaxtı ilə mövcud olmuş qeyri-qanuni silahlı birləşmələrin üzvləri də olub. Digərləri isə Qarabağa qanunsuz olaraq köçürülmüş şəxslərdir.

Bu gün onları “qaçqın” kimi təqdim edən Fransa və digər Qərb ölkələri faktiki olaraq qanunsuz məskunlaşmaya bəraət qazandırırlar.

Könüllü olaraq köç miqrasiyadır. Fransa bunu başa düşmək istəmirsə, o başqa məsələdir.

Fransanın bu təşəbbüsündəki riyakarlıq başqa məqamda da üzə çıxır.

Məsələn, vaxtı ilə Ermənistandan və Qarabağdan, Şərqi Zəngəzurdan qovulmuş azərbaycanlıların qayıdış hüququna toxunulmur.

Azərbaycan nümayəndə heyəti bəyanatında Fransanın beynəlxalq hüququn prinsiplərinə açıq-aşkar məhəl qoymaması, Azərbaycan ərazilərinin işğalı zamanı ölkənin suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsinə selektiv yanaşması, son 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğaldan azad edilməsində, bir milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqının, o cümlədən Ermənistandan zorakılıqla qovulmuş 300 min azərbaycanlının öz doğma yurdlarına qayıtmasında qərəzsiz vasitəçilik rolunun uğursuzluğa düçar olması səbəbindən bu proseslərdə heç bir rolunun olmadığını vurğulayıb.

Yəni Fransanın təşəbbüsü ilə qəbul edilən bəyanatda bilərəkdən yaddan çıxarılır ki, hazırda onlardan cəmi bir neçə mini vətənə qayıdıb (Qarabağ və Şərqi Zəngəzur üzrə). Yüzminlərlə insan hələ də köçkün həyatı yaşayır. Amma sənəddə onlar haqda heç nə deyilmir.

Fransa azərbaycanlılara qarşı ayrı-seçkiliklə və Azərbaycanın ünvanına əsassız ittihamlarla bölgədə gərginliyi artırmaq və sülh prosesini pozmaq niyyətindədir.

Fransa üçün məlum bəyanat rəzillikdir, biabırçılıqdır.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir