Siyasət

UNESCO Qərbi Azərbaycan İcmasının çağırışına müsbət cavab verib – FOTO

Sharing is caring!


Qərbi Azərbaycan İcması UNESCO ilə predmetli dialoqu çərçivəsində konkret mövzuları təşkilat rəhbərliyinə təqdim etmiş və mədəni irsin qorunması sahəsində icmalara müvafiq rol tanıyan beynəlxalq konvensiyalara uyğun olaraq, potensialın gücləndirilməsi sahəsində UNESCO-nun praktiki yardımlarını xahiş etmişdi.

Bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib.

Qeyd edilib ki, UNESCO bu günlərdə icmaya cavab məktubu göndərərək, mədəni irsin qorunması sahəsində icmanın çağırışına uyğun olaraq müvafiq addımlar atacağını bildirib və potensialın gücləndirilməsi sahəsində dəstək göstərmək barədə icmanın xahişinə müsbət cavab verib.

İcma Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması ilə bağlı imkanlarının artırılması, o cümlədən, müasir metodologiya əsasında mədəni abidələrin reyestrinin aparılması, onların vəziyyətinin qiymətləndirilməsi və bərpası üçün lazım olan addımların müəyyən edilməsi üçün UNESCO ilə praktiki əməkdaşlığı davam etdirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir