Gündəm manset

Sahil Babayev Az Qala Sürücüsünə Də Mətbuat Xidməti Götürsün!

Sharing is caring!

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev yeganə adamdır ki, az qala sürücüsünə də Mətbut Xidməti götürə.

XəbəraAl.az saytı xəbər verir ki, o boyda ən çox iş görən qurumların cəmi bir mətbuat xidməti var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində isə hər adam başına bir mətbuat xidməti düşür.

Məsəl üçün bir qurumu götürək:

Daxili İşlər Nazirliyi nə qədər cinayətlərin üstünü açır, bununla belə tək Elşad Hacıyev böyük bir qurumun işlərini layiqincə aparır, gecə saat 3 də belə hər hansı jurnalist zəng edən də onun sualın dərhal obyektiv cavablandırır.

Respublika Prokurorluğu həmçinin. Neçə-Neçə dövlət əhəmiyyətli əməliyyatlar keçirir cəmi bir mətbuat xidməti var. Lazımı suallara da dərhal cavab tapa bilirik.

DTX həmçinin. Ölkəmizin Təhlükəsizliyi yüksək səviyyə də qorunur, hansı sualı axtarsan öz rəsmi səhifələrində obyektiv paylaşılır, jurnalistlərin verdiyi suallar cavablandırılır.

Digər qurumlar da misal gətirmək olar, sadəcə çox uzatmaq istəmirəm!

Ay Sahil Babayev sənin Nazirliyinə mətbuat xidməti kimi, tək, Fazil Talıbov bəs etmir?

Bir belə mətbuat xidmətinə boş-boş verdiyin yüksək məbləğli pulu, payla bu şəhid ailələrinə, kasıb insanlara xərcləsin!

Sən özünü qoruyursan ya rəhbərlik etdiyin Nazirliyi?

Özüdə fikir versəniz, elə bir adamları mətbuat xidməti götürür ki, onlar nə telefon qaldırır, nədə əlaqə nömrələrini tapmaq qeyri mümkündür!

Hamısı da “Özündən razı”-!

Eləbil, bu dövləti tək bunlar qurub.

“Bahalı kostyumlu köhnə kalxoz sədrlərinə oxşayırlar”

Allah var adamın başı üstə yenə heç olmasa Fazil Talıbov hərdən 5-6 jurnalistlə mikrafonları düzüb insanların başını aldada bilir.

Birazdan eşidəcəyik ki, Sahil Babayev sürücüsünə də mətbuat xidməti götürüb!

Yəqin ki, mənim bu yazıma görə məni trollara söydürməyib, yaxud hədələtdirməyib, nəticə çıxarıb, “hər vətəndaşa bir mətbuat xidməti” devizindən əl çəkib insanlara fayda verən işlər görəcəksən.

Neynirsən bunları? Kolleksiya yaradırsan?

Bilirəm nazir adamsan sənin işinə qarışmaq düz deyil, amma kənardan çox pis görsənir.

Allah Azərbaycanımızı Qorusun

Mirismayıl Xələfli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir