Dünya

Zaxarova Paşinyana cavab verdi: “Öz əməlinə görə məsuliyyət daşımağı bacarmaq lazımdır” – VİDEO

Sharing is caring!


“Öz əməlinə görə məsuliyyət daşımağı bacarmaq lazımdır”.  

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın son bəyanatlarını şərh edərkən deyib.

“Ermənistan baş naziri tərəfindən son günlər çox şeylər deyilib. Hesab edirəm, bütün bu bəyanatları ümumiləşdirərək deyə bilərik ki, öz əməlinə görə məsuliyyət daşımağı bacarmaq lazımdır. Günahkarlar axtarmaq və bunu sonsuz olaraq hər məsələdə təkrar etmək lazım deyil. Başqalarının boynuna atmadan öz məsuliyyətini dərk etmək lazımdır. Siyasətçini, dövlət xadimini yoldan ötən və öz milli maraqlarını düşünməyən insandan fərqləndirən əsas məqam da budur.

Bir daha deyirəm, öz hərəkətlərinə görə cavab verməyi bacarmaq gərək. Yoxsa bu, bir az pis rəqqas haqqındakı hekayəyə bənzəyir”, – deyə Zaxarova qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir