Siyasət

Şəhriyar Vəliyev: “Məcburi köçkünlər olmazın çətinliklər gördülər, indi doğma torpağımıza qovuşuruq”

Sharing is caring!


“Ölkə başçısı və xalqımızın qəhrəman oğulları bizi arzularımıza qovuşdurdular”.

Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Şəhriyar Vəliyev deyib.

O bildirib ki, bu gün dörd ailə üzvü ilə Füzuli şəhərinə köçməyin sevincini yaşayır:

“21 yaşında tərk etdiyim doğma yurduma 52 yaşında dörd ailə üzvümlə qayıdıram. Bu illər ərzində olmazın çətinliklər gördük, ağrılı-acılı talelər yaşadılar məcburi köçkünlər. Prezidentimiz İlham Əliyevin və qəhrəman oğullarımızın, şəhid və qazilərimizin sayəsində bütün yaralarımız sağaldı, torpaqlarımıza qovuşduq. Bu gün çox sevincliyik”.

Xatırladaq ki, bu gün Füzuli şəhərində növbəti köç karvanı yola salınır. İndiyədək 165 ailənin (602 nəfərin) Füzuli şəhərində daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir