Cəmiyyət

Gəncə terrorunda dağılan evlər, yarım qalan həyatlar – VİDEO

Sharing is caring!

Yıxılan evlər, məhv olan ailələr, yarım qalan həyatlar, arzular, xəyallar.

2020-ci ilin 4, 5, 8, 11 və 17 oktyabr tarixləri Azərbaycan xalqının tarixinə qanla yazılan gecələr oldu. Hələ də o gecələrin dəhşətindən ayıla bilməyən, terror qurbanı olan doğmalarının nişanələrini sanki bu dağıntılar altında axtaran insanlar var.

Gəncə terrorunda zərər çəkən Amin Əsgərovun sözlərinə görə, qırx mərasiminə qədər ailə üzvlərinin həlak olduğundan xəbəri olmayıb.

“İlk olaraq babamın şəhid olduğu xəbərini aldım. Sonra şübhələnməyə başladım ki, digərləri necə oldu. Dedilər ki, onlar komadadırlar. Qorxmağa başladım ki, onlara da nəsə olar. Amma bilmirdim ki, onların hamısı yerindəcə şəhid olub”, – deyə A. Əsgərov əlavə edib.

Doğmalarını itirənlər arasında Vüsal Xəlilov da var. 11 oktyabr raket hücumu zamanı həm özü, həm də qardaşı döyüş bölgəsində olub. Analarının şəhid olması xəbərini də cəbhədə alıblar.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir