Cəmiyyət

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sektor müdiri Nurlana Həsənova məktəbin həyətində qoyun-quzu saxlatdırır – VİDEO

Sharing is caring!

Habil Məmmədov adına Qaraağaclı tam orta məktəbdə gülünc hadisə baş verib.
Xəbəral.az xəbər verir ki , sözügedən məktəbin həyətində qoyun-quzu saxlanılır.

Əldə etdiyimiz məlumata görə, məktəbin həyətində heyvandarlıqla məşğul olan şəxs Samux rayon Təhsil Şöbəsinin keçmiş müdiri, hazırda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində sektor müdiri kimi çalışan Nurlana Həsənovadır.

Qoyun-quzu Nurlana xanıma məxsusdur.

Məktəb həyətində otarılan heyvanlarla bağlı saytımıza daxil olan görüntüləri təqdim edirik:

Mətbuatda gedən məlumata görə, Nurlana Həsənova Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin yaxın qohumudur.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq. //32 gün.az//

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir