Siyasət

Lavrov Ermənistan-Azərbaycan münasibətlərinə Avropadakı təmasları nəzərə alaraq baxmağı təklif edib

Sharing is caring!

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana öz müşahidəçilərini göndərməyə hazırdır. Bunun üçün qurumun Kollektiv Təhlükəsizlik Şurasının qərarı lazımdı.

Bunu çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Ermənistan KTMT-nin fövqəladə sammitini çağırmağı xahiş etdikdən dərhal sonra o, baş tutdu. KTMT-nin baş katibini, Birləşmiş Qərargah rəisini Ermənistana göndərmək qərara alındı. Onlar oraya getdilər və tövsiyələr hazırladılar. Bu tövsiyələr Ermənistan ərazisinə, Azərbaycanla sərhədə KTMT müşahidəçilərinin monitorinq missiyasını göndərməkdən ibarətdir”, – Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarda deyib.

Rusiya XİN-in rəhbəri Ermənistanla Azərbaycan arasında münasibətlərə Avropa liderlərinin son təmaslarını nəzərə almaqla baxmağı təklif edib.

“Rusiya Bakı, İrəvan və Moskva arasında üçtərəfli sazişlərin həyata keçirilməsinə töhfə verməyə, daha nələrin edilməsi lazım olduğunu müzakirə etməyə hazırdır”, – Lavrov əlavə edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir