Siyasət

Füzuli sakini: “Prezidentimiz bütün məcburi köçkün ailələrinə sevinc bəxş etdi”

Sharing is caring!


“Prezident İlham Əliyev mümkünsüzü mümkün etdi, bütün məcburi köçkün ailələrinə sevinc bəxş etdi”.

Bunu Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Allahverdi Kazımov deyib.

O qeyd edib ki, öz doğma yurduna qayıdacağına ümidini itirsə də, ona bu günləri görmək qismət olub:

“Artıq ümidimi itirmişdim ki, öz doğma yurduma qayıda bilməyəcəyəm, bəlkə, övladlarım, nəvələrim bu günü görərlər. Amma Prezidentimizin iradəsi, müzəffər Ordumuzun şücaəti sayəsində bu günləri görmək elə mənim özümə də qismət oldu. İndi övladlarımla, nəvələrimlə öz evimə, yurduma qayıdıram. Bizə bu günləri yaşadan hər kəsə öz təşəkkürümüzü bildiririk”.

Xatırladaq ki, bu gün Füzuli şəhərində növbəti köç karvanı yola salınıb. İndiyədək 165 ailənin (602 nəfərin) Füzuli şəhərində daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir