Siyasət

“Fransa Cənubi Qafqazda yeni gərginlik yaratmaq məqsədinə çata bilməyəcək” – RƏY

Sharing is caring!


“Fransa Cənubi Qafqazda yeni gərginlik yaratmaq məqsədinə çata bilməyəcək”.

Bunu “Report”a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında oktyabrın 7-də baş tutmuş telefon danışığına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan liderinin Qranada görüşündən imtina etməsi doğru və haqlı qərar idi:

“Bunun obyektiv səbəbləri var idi. Birincisi, tələbimizin əksinə olaraq, Türkiyə müzakirələrdə təmsil olunmadı. İkincisi isə görüşdə ermənipərəst Fransa Prezidenti Emmanuel Makron da iştirak edirdi. Açıq-aşkar Azərbaycana tələ qurulurdu. Həmin görüşdən praqmatik nəticə gözləmək ağlabatan deyildi. Ona görə də Prezident İlham Əliyev görüşdən imtina etdi. Bundan sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan liderinə zəng etdi. Telefon danışığı zamanı müzakirə olunan əsas məsələlərdən biri də Fransanın Ermənistanı silahlandırması idi. Fransa Ermənistana artıq xeyli sayda silah verib. Amma rəsmi Paris məqsədinə çata bilməyəcək”.

Politoloq bildirib ki, bu ayın sonunda Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşdən ciddi nəticələr gözləmək olar:

“Çünki görüş üçtərəfli formatda keçiriləcək və kənar iştirakçılar olmayacaq. Digər tərəfdən, artıq İrəvan da sülhdə maraqlı görünür. Fikrimcə, görüşdə sülh istiqamətində müəyyən irəliləyiş əldə oluna bilər. Çünki sülhə əngəl olan bir çox amillər artıq aradan qalxıb”.

Q.Hüseynli vurğulayıb ki, həmin görüşdə müzakirə olunacaq əsas məsələlərdən biri də Qazaxın işğal altındakı 7 kəndi və Naxçıvanın işğal altındakı 1 kəndi olacaq:

“Dövlət başçısı telefon danışığı zamanı bu məsələni də gündəmə gətirdi. Həmin ərazilərin taleyi Brüsseldə masada olacaq. Paşinyanın işğal altındakı kəndlərin qaytarılmasına razı olduğuna dair müəyyən siqnallar da var. Bütün hallarda problem həllini tapmasa, sərhədlər müəyyənləşməyəcək. Bu isə ən çox Ermənistanın ziyanınadır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir