Dünya

HƏMAS İsrailə hücumun ilk anlarını yayımladı: Yeni görüntülər – VİDEO

Sharing is caring!


HƏMAS İsrail ərazisinə daxil olduqları ərəfədə Qəzza zolağı ilə sərhəddə İsrailin müşahidə sistemlərini necə məhv etdiklərini əks etdirən videogörüntülər yayımlayıb.

Kadrlarda, həmçinin İsrail tanklarının necə bombalandığı və bunun, ehtimal ki, dronlar vasitəsilə həyata keçirildiyi əks olunub.

Qeyd edək ki, bundan əvvəl  İsrailin keçmiş qadın əsgəri də sosial şəbəkədə paylaşdığı videoda HƏMAS-ın İsrailə necə bu qədər asanlıqla girə bildiyinin suallar doğurduğunu qeyd edib.

Eyni zamanda İsrail Müdafiə Qüvvələri də ölkə ordusunun effektivliyi ilə bağlı sualların ortaya çıxdığını etiraf edib.

Mənbə: “Politika stranı” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir