Gündəm manset

DTX həbs etdiyi icra başçısı Zakir Fərəcovun yaxın qohumudur

Sharing is caring!

Ötən gün Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovla bağlı maraqlı faktlar üzə çıxıb. XəbərAl.az xəbər saytının əldə etdiyi məlumata görə, Namiq Zeynalov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qudası Akif Zeynalovun qardaşıdır. 
Xatırladaq ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçiriblər. Əməliyyat nəticəsində Namiq Rəsul oğlu Zeynalov saxlanılaraq, Bakıya gətirilib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə, cinayətkar icra başçısı dərhal tutduğu vəzifədən azad edilib. Onu da bildirək ki, Zakir Fərəcovun kürəkəni, Akif Zeynalovun oğlu Əkrəm Zeynallı Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiridir. Akif Zeynalov isə, əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. Müavin işlədiyi dövrdə bir nəfəri belə razı salmadığı iddia olunur. İndi isə, Ərazi Maliyyə Müfəttişliyinin rəisidir. Bu adamın maliyyədən belə xəbəri olmadığı deyilir. Hətta Akif Zeynalovun bu vəzifəyə təyinatı, bir vaxtlar, çoxlarında təəccüb hissi də yaratmışdı.              

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir