Siyasət

İcma: “Braziliya XİN-in son açıqlamasında bir sıra yanlışlıqlar yer alıb”

Sharing is caring!


“Braziliya Xarici İşlər Nazirliyinin son açıqlamasında bir sıra yanlışlıqlar yer alıb”.

Bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında qeyd edilib.

Bildirilib ki, nazirliyin “Bölgənin siyasi statusunun dəyişdirilməsi məqsədilə gücdən istifadə edilməsi” ifadəsi tamamilə qəbuledilməzdir.

“Qarabağın Azərbaycan ərazisi olması Ermənistan da daxil olmaqla, bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir.

Bu, eləcə də “Dağlıq Qarabağda və onun ətrafında” kimi köhnəlmiş ifadələrdən istifadə edilməsi Braziliya Xarici İşlər Nazirliyinin vəziyyətdən bixəbər olmasını göstərir. Qərbi Azərbaycan İcması Braziliya Xarici İşlər Nazirliyini öz açıqlamalarında diqqətli və məsuliyyətli olmağa çağırır”, – deyə məlumatda vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir