Dünya

Buenos-Ayresdə kütləvi nümayişlər başlayıb: Bir milyondan çox argentinalı etiraz edir – FOTO/VİDEO

Sharing is caring!




Argentinanın paytaxtı Buenos-Ayresdə hakimiyyətin təhsil sahəsindəki qərarlarına görə keçirilən etiraz aksiyasında 800 minə yaxın argentinalı iştirak edib.

Ölkə üzrə yürüşlərə isə bir milyondan çox insan qatılıb.

Etirazlara səbəb təhsil sisteminə ayrılan vəsaitin azalmasıdır. Vətəndaşlar ali təhsilin ictimaiyyət üçün əlçatan və pulsuz qalmasını tələb edirlər.

Aksiya, eyni zamanda, prezident sarayının yaxınlığında da keçirilir və orada 500 minə yaxın nümayişçi toplaşıb.

Argentinanın yeni Prezidenti Xavyer Miley ötən il dekabrın 10-da keçirilən seçkidə qalib gəldikdən sonra ölkə iqtisadiyyatını sabitləşdirmək üçün verdiyi vədləri həyata keçirməyə başlayıb. Qeyd edək ki, hazırda Argentina yüksək səviyyədə inflyasiya ilə üzləşib və ölkədə yoxsulların sayı durmadan artır.

Mənbə: NEWS.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir