Siyasət

“Haber Global” İkinci Qarabağ müharibəsinin üçüncü ildönümü ilə bağlı reportaj hazırlayıb – VİDEO

Sharing is caring!


“Haber Global” İkinci Qarabağ müharibəsinin üçüncü ildönümü ilə bağlı reportaj hazırlayıb.

“27 sentyabr 2020-ci ildə başlayan müharibə 44 gün sonra qələbə ilə başa çatdı. Azərbaycan İkinci Qarabağ müharibəsinin üçüncü ildönümündə şəhidlərin xatirəsini yad edir”, – deyə reportajda bildirilib.

Bununla bağlı yayımlanan videoda Ermənistanın 30 illik işğalına son qoyan, torpaqlarını işğaldan xilas etmək üçün mübarizə aparan 3 000-ə yaxın İkinci Qarabağ müharibəsi şəhidinin xatirəsinin ehtiram və rəhmətlə yad edildiyi qeyd edilib.

Nəzərə çatdırılıb ki, bu gün saat 12:00-da Azərbaycanda sirenalar səslənəcək və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad ediləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir