İdman

ABŞ-yə yollanan azərbaycanlı basketbolçu: “İlk hədəfim NBA draftlarına qatılmaqdır”

Sharing is caring!


“İlk hədəfim NBA draftlarına qatılmaqdır”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə sentyabrın 28-də ABŞ-yə yollanacaq gənclərdən ibarət millinin üzvü Hüseyn Qaflanov deyib.

Cənubi Kaliforniya Akademiyasında (SCA) təhsil alacaq 15 yaşlı idmançı oradakı hazırlıq kurslarında əsasən fiziki cəhətdən güclənmək üçün çalışacağını bildirib:

“Orada bunun üçün xüsusi proqramlar olacaq. 18-19 yaşlarında NBA draftlarına qatılmaq və yaxşı basketbolçu kimi yığmamızın əsas oyunçu olmaq niyyətindəyəm”.

2022-ci ildə Litvanın paytaxtı Vilnüsdə yerləşən NBA məktəbinə qəbul olan Qaflanov seçimini dəyişməsinin səbəbini də açıqlayıb:

“Oraya da yerli federasiyanın köməyi ilə getmişdim. Amma ABŞ-də atletik bacarıqları yüksəltmək və inkişaf etdirmək daha yaxşı olduğu üçün bu addımı atdım. Bu qərarı ortaq verdik, federasiya da mənə dəstək oldu. Potensialımı tam açmaq üçün ABŞ-yə göndərirlər. Onlara təşəkkür edirəm”.

Yeniyetmə basketbolçu karyerasındakı hədəflərindən də söz açıb:

“Boyumun daha da artması NBA draftlarında xüsusi rol oynaya bilər. Bu baş versə, şanslarım daha çox olacaq. Hər basketbolçu NBA-də çıxış etməyi arzulayır. Bu alınmasa, karyeramı Avropada davam etdirməyi qarşıma məqsəd qoyacağam”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir