Siyasət

Venesuela diplomatı: “Azərbaycanla faydalı tərəfdaşlıq münasibətlərimiz var”

Sharing is caring!


“Venesuela və Azərbaycan arasında ikitərəfli və çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri və çox yaxşı əlaqələr mövcuddur”.

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasının yüksəksəviyyəli həftəsi çərçivəsində Azərbaycanın ev sahibliyi ilə təşkil olunan “Dekolonizasiya: Sakit İnqilab” adlı konfransda iştirak edən Venesuelanın BMT-dəki daimi nümayəndəsi, səfir Xoakin Peres Ayestaran deyib.

“İki ölkə arasında son illər əldə olunan nailiyyətlərdən çox razıyıq. Xüsusilə son bir necə ildə iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq genişləndirilib. Bizim əməkdaşlığımızın coğrafiyası və məzmunu hər ötən gün bir qədər də böyüyür.

Bilirik ki, bu əlaqələri və hər iki ölkə arasında mövcud olan dostluğu möhkəmləndirməyə davam edəcəyimiz sahələr çoxdur”, – deyə Xoakin Peres Ayestaran vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir