Cəmiyyət

“Azərsun Sənaye Parkı”ndakı yanğına görə rekord məbləğdə sığorta ödənişi verilib

Sharing is caring!


Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən, “Azərsun Holdinq” MMC-yə məxsus “Azərsun Sənaye Parkı”nda bu ilin aprel ayında baş vermiş yanğın hadisəsinə görə 25 milyon manat sığorta ödənişi verilib.

“Report” xəbər verir ki, bu, ölkənin sığorta tarixində rekord məbləğ sayılır.

Ödənişi holdinqə məxsus ”Azərbaycan Sənaye Sığorta” ASC “Daşınmaz əmlakın icbari sığortası”, eləcə də “Əmlakın yanğından və digər risklərdən sığortası” üzrə həyata keçirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir