Siyasət

Amerikalı politoloq: “Antiterror tədbirləri Azərbaycanın regionda sülh yaratmaq istəyini təsdiqləyir”

Sharing is caring!


“Azərbaycanın suveren ərazisində qanunun və asayişin təmin edilməsi üçün lokal antiterror tədbirləri həyata keçirilib və bu, Qarabağda yaşayan erməni sakinlərin ölkə həyatına reinteqrasiyasına xidmət edəcək”.

Bunu “Report”a açıqlamasında amerikalı politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.

“Qarabağda yaşayan erməni sakinlər Azərbaycan iqtisadiyyatına reinteqrasiya sayəsində daha çox imkanlar əldə edəcəklər. Bu məqamda qeyd edək ki, reinteqrasiya sayəsində erməni terrorçular və qeyri-qanuni silahlı birləşmələr artıq Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində yaşayan erməniəsilli vətəndaşlar üçün təhlükə yaratmayacaqlar”, – deyə o vurğulayıb.

P.Teys qeyd edib ki, bu hadisələr Azərbaycanın Cənubi Qafqaz regionunda sülh, sabitlik və harmoniya yaratmaq istəyini bir daha təsdiqləyir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir