İqtisadiyyat

Şahin Əliyev: “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məhsulları ixrac olunacaq”

Sharing is caring!


Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təhsil almış gənclərin dəstəyi ilə yerli məhsullar hazırlanır.

“Report” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müşaviri Şahin Əliyev “Beynəlxalq kibertəhlükəsizlik günləri İCSD 2023” tədbirində çıxışı zamanı bildirib.

“Qarşıdakı illərdə Azərbaycanda müxtəlif şirkətlərdə, təşkilatlarda bu məhsulların tətbiqini görəcəyik. Daha sonra isə biz bu məhsulları ixrac edəcəyik”, – deyə o bildirib.

Ş.Əliyev əlavə edib ki, burada kibertəhlükəsizlik əsasında məhsulların, proqram təminatının yaradılmasından söhbət gedir və bu məsələ hazırda başlanğıc mərhələsindədir.

Xatırladaq ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini “PAŞA Holding” MMC-nin dəstəyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təsis edib. Ölkənin kibertəhlükəsizlik imkanlarını gücləndirmək məqsədilə yaradılan mərkəz bu sahədə yüksək ixtisaslı mütəxəssis və təlimçilərin yetişdirilməsində əsas mərkəz rolunu oynayacaq. Kibertəhlükəsizlik sahəsində regionda lider ölkələrdən hesab edilən İsrailin peşəkar müəllim heyəti Azərbaycana gələrək təlim iştirakçılarını ən son kibertəhlükəsizlik təhdidlərini, tendensiyaları və ən yaxşı təcrübələri əhatə edən bilik və bacarıqlarla təmin edəcəklər. Mərkəzdə ən müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş sinif otaqları, təlim otaqları, simulyasiya otaqları və laboratoriyalar yaradılıb. Tələbələr həmin laboratoriyalarda tədqiqat apara, müxtəlif kibertəhlükəsizlik məhsulları yarada biləcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir