Siyasət

Hikmət Hacıyev “Haber Global”a danışdı: “Azərbaycanın bütün şərtləri qəbul edildi” – VİDEO

Sharing is caring!


“Hazırda Azərbaycan ərazilərində qalan Ermənistan silahlı qüvvələrinin qalıqlarının bölgədən çıxarılmasının mexanizmləri hazırlanır”.

Bunu Türkiyənin “Haber Global” telekanalına müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O, bildirib ki, qanunsuz erməni silahlı birləşmələrinin ixtiyarında olan silah və texnika Azərbaycana təhvil veriləcək.  

“Hazırda işlək bir hərbi mexanizm hazırlanır. Bu, qeyri-qanuni silahlı dəstələrin öz mövqelərindən çıxarılmasını, silahı yerə qoymalarını və bu kimi digər aspektləri əhatə edir”, – deyə Prezidentin köməkçisi bəyan edib.

O xatırladıb ki, Azərbaycan tərəfi əvvəllər bir neçə dəfə separatçıları danışıqlara dəvət etsə də, rədd cavabı alıb. Buna baxmayaraq, sonda Bakının bütün şərtləri qəbul edilib.

Daha ətraflı “Haber Global”ın videomaterialında:  

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir