Müharibə

Xəzərdə savaş filmini xatırladan təlimlər – FOTO/VİDEO

Sharing is caring!


Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi zamanı döyüş əməliyyatlarının aparılması üzrə keçirilən “Xəzri dalğası” taktiki təlimi davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin növbəti mərhələsində dəniz adalarının birində bazalanmış terror qruplaşmasının zərərsizləşdirilməsi və terror-diversiya hücumlarının qarşısının alınması üzrə döyüş fəaliyyətlərinin yerinə yetirilməsi tapşırıqları icra edilib.

Hərbi Dəniz Qüvvələri (HDQ), Quru Qoşunları (QQ), Hərbi Hava Qüvvələri (HHQ) və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə keçirilən təlimdə qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir