Siyasət

Ali Yerlikaya: “Türkiyə çətin günlərində etdiyiniz yardımları heç vaxt unutmayacaq”

Sharing is caring!


“Türk dövlətləri təşkilatı qardaşlıq hüququna dayanan bir təşkilatdır. Bizim birliyimiz gücümüzdür”.

Oxu.Az-ın məlumatına görə, bunu Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclasında bildirib.

Onun sözlərinə görə, dünya siyasətində birlik önəmli bir gücdür.

“Türkiyədə baş verən zəlzələ zamanı çətin günlərimiz oldu. Təxminən 50 mindən artıq insan vəfat etdi. Bizə ilk köməyə gələn qardaşlarımız oldu. Azərbaycan zəlzələ zamanı Türkiyədə xəstəxanalar da qurdu. Həmin xəstəxanada xeyli sayda insan müalicə aldı”, – deyə nazir qeyd edib.

A.Yerlikaya əlavə edib ki, Türkiyə bu köməyi heç zaman unutmayacaq.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir