Siyasət

Ceyhun Bayramov Macarıstana rəsmi səfərə yola düşüb

Sharing is caring!


Sentyabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksəkvəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Nazir Ceyhun Bayramov səfər çərçivəsində Macarıstanın diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransında da çıxış edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir