Təhsil

DİM abituriyentlərə müraciət etdi

Sharing is caring!

11-ci sinif şagirdləri üçün 2020-ci il iyulun 29-da və 30-da keçirilən buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Apellyasiya Komissiyasına müraciət etmək üçün elektron ərizə qəbulu avqustun 23-dək davam edəcək.

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 21-23 avqust tarixlərində apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir