Cəmiyyət

Bakıda birmərtəbəli, Cəlilabadda ikimərtəbəli evlərdə yanğın olub

Sharing is caring!


Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 140 kvadratmetr olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 20 kvadratmetr sahədə və dam örtüyünün taxta atmaları 40 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Cəlilabad rayonunun Göytəpə şəhərində isə ümumi sahəsi 250 kvadratmetr olan ikimərtəbəli, 5 otaqlı, mansard tipli evin 2-ci mərtəbəsinin mətbəxində mebel bir poqonometr, bir ədəd soyuducu, mətbəxin və dəhlizin taxtadan ibarət tavanı 14 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir