Siyasət

Separatçı rejimin gülüş obyektinə çevrilmiş “məmuru” da vəzifəsindən getdi

Sharing is caring!


Qarabağdakı separatçı rejimin “dövlət naziri”nin “müşaviri” Artak Beqlaryan “vəzifəsi”ndən azad edilib.

Bu barədə Ermənistan mətbuatı xəbər yayıb.

Xatırladaq ki, Artak Beqlaryan əvvəl özünü qondarma rejimin “ombudsmanı” kimi təqdim edirdi. O, dəfələrlə absurd iddialarına görə gülüş hədəfinə çevrilmişdi.

Qeyd edək ki, bu gün Qarabağdakı separatçıların rəhbəri Arayik Arutyunyan “istefa” verib. Bundan öncə isə Arayik Arutyunyan qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyanı “vəzifə”dən azad edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir