Dünya

Pakistanda daşqınlar 25 nəfərin həyatına son qoyub – VİDEO

Sharing is caring!

Pakistanın qərbində yerləşən Bəlucistan əyalətində leysan yağışlar daşqınlarla nəticələnib.

İlkin məlumata görə, təbii fəlakət azı 25 nəfərin həyatına son qoyub, 35 nəfərin xəsarət aldığı bildirilir.

Qeyd olunur ki, ölənlər arasında uşaqlar da var.

Bəlucistan rəhbərliyi fəlakətlə mübarizə məqsədilə fövqəladə vəziyyət elan edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir