Siyasət

BMT-nin başı üzərində böyük kölgə – VİDEO

Sharing is caring!


Azərbaycan və Ermənistan arasındakı diplomatik mübarizə aktiv mərhələyə qədəm qoyub.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir.

“Ermənistan BMT Təhlükəsizlik Şurasına “Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadaya alınması və nəticədə humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar” fövqəladə iclasın keçirilməsi xahişi ilə müraciət edib. Görüş sabah baş tutacaq… Bu, gözlənilən idi. Belə ki, erməni cəmiyyəti illüziyaların əsiri olmaqda davam edir və hələ də onlar üçün “miatsum”u xilas edəcək möcüzəyə ümid edir. Bu isə o deməkdir ki, Paşinyanı Azərbaycanla sülhə görə heç vaxt bağışlamayacaqlar. Vəziyyəti İrəvan merinin qarşıdan gələn seçkiləri daha da gərginləşdirir. Nəzərə alsaq ki, ölkə əhalisinin yarısı Ermənistan paytaxtında yaşayır, növbəti parlament seçkilərinə qədər öz mövqelərini gücləndirmək üçün Paşinyanın partiyasının qalib gəlməsi mütləqdir. Bütün bu amillərin birləşməsi baş naziri davamlı şəkildə sülh prosesini pozmağa məcbur edir”, – deyə videomaterialda vurğulanır.

Daha ətraflı “Caliber”in yeni süjetində:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir