İdman

Azərbaycanın daha bir taekvondoçusu Avropa paralimpiya çempionatında medal qazanıb

Sharing is caring!


Azərbaycanın daha bir parataekvondoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında medal qazanıb.

Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, 63 kq çəki dərəcəsində mübarizə aparan Amin Şıxalıyev turnirdə üçüncü yeri tutub.

Qeyd edək ki, buna qədər Azərbaycan idmançıları qitə birinciliyində doqquz medal əldə ediblər. Şəhanə Hacıyeva (cüdo, 48 kq) və Xanım Hüseynova (cüdo, 70 kq) Avropa çempionu olublar. İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) isə bürünc mükafata sahib çıxıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir