Cəmiyyət

Bakıda dələduzluqda təqsirləndirilən ər-arvada hökm oxundu

Sharing is caring!


Bakıda dələduzluqda təqsirləndirilən Aqşin Abdullayev və həyat yoldaşı Leyla Abdullayevaya (bu günədək polisin nəzarəti altında olub) hökm oxunub.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə A.Abdullayev 6 il 6 ay, L.Abdullayeva isə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

L.Abdullayeva məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, iş üzrə 5 zərəçəkmiş var.

Təqsirləndirilən şəxsin zərərçəkmişlərə qarşı 107 min manat zərər vurduğu göstərilib.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir