Siyasət

Şerzod Fayziyev: “Özbəkistan Azərbaycanın Qoşulmama Hərəkatında təşəbbüslərini yüksək qiymətləndirir”

Sharing is caring!


“Özbəkistan Azərbaycanın Qoşulmama Hərəkatındakı rolunu və təşəbbüslərini yüksək qiymətləndirir”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini Şerzod Fayziyev Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda keçirilən Dəyirmi masada deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın inkişafının ən mühüm hərəkətverici qüvvəsi Azərbaycan və Özbəkistan prezidentləri arasında etimada əsaslanan münasibətlərdir.

O bildirib ki, ölkələr arasında hökumətlərarası və parlamentlərarası dialoq fəal inkişaf edir, iqtisadi və humanitar-mədəni əlaqələr dərinləşir.

F.Tursunov regional məsələlərdə, məsələn, Orta Dəhlizin inkişafında qarşılıqlı dəstəyin vacibliyindən də danışıb:

Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü və onun Cənubi Qafqazda təhlükəsizliyi və sülhü təmin etmək səylərini dəstəkləyir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir