İdman

Azərbaycan Universiadanı qızıl medalsız başa vurdu

Sharing is caring!


Azərbaycan Çinin Çendu şəhərində keçirilmiş XXXl Ümumdünya Yay Universiadasını 38-ci pillədə başa vurub.

Oxu.Az xəbər verir ki, təmsilçilərimiz yarışda ümumilikdə doqquz medal qazanıblar. Qızıl medal əldə edə bilməyən idmançılarımız üç gümüş, altı bürünc medala yiyələniblər.

Bədii gimnastikada Zöhrə Ağamirova iki gümüş və bir bürünc medal qazanıb.

Cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) ikinci, Leyla Əliyeva (48 kq) və Yaşar Nəcəfov (66 kq) üçüncü yeri tutublar. Daha bir bürünc medalı kişilərdən ibarət cüdo millimiz əldə edib.

Taekvondoda Minayə Əkpərova (46 kq), avarçəkmədə Bəhmən Nəsiri fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Qeyd edək ki, XXXl Ümumdünya Yay Universiadasında ümumilikdə 53 ölkənin idmançıları medal qazanıblar. İlk üç pillədə Çin (103 qızıl, 40 gümüş, 35 bürünc), Yaponiya (21 qızıl, 29 gümüş, 43 bürünc) və Cənubi Koreya (17 qızıl, 18 gümüş, 23 bürünc) qərarlaşıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir