Dünya

Fədakarlıqla bağlı daha bir görüntü: Tibb bacısı zəlzələ anında xəstə uşaqların yanına qaçır – VİDEO

Sharing is caring!

Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabında xəstəxanaların birində zəlzələ anında tibb bacısının fədakarlığı barədə video paylaşıb. Kadrlarda qorxunc təkanlara baxmayaraq, gənc qadının öz həyatını düşünmədən uşaqları xilas etməsi görünür.

“Qaziantep İnayet Topçuoğlu Xəstəxanasındakı dostlarımız zəlzələ zamanı canları bahasına xəstə uşaqlarımızı xilas etdilər. Başqa xəstəxanalarda da bunun kimi çoxlu nümunələr var”, – deyə nazir vurğulayıb.

Kadrlarda əks olunan Şeyma Alakuş sonradan yerli mediaya verdiyi müsahibədə: “Xəstələrə bir şey olacağı təqdirdə vicdan əzabından yaşaya bilməzdim”, – deyə bildirib.

Məlumata görə, tibb işçisi yeraltı təkanların davam etməsinə baxmayaraq, hər xəstəsini təhlükəsiz yerə çıxartdıqdan sonra yenidən geri, növbəti pasiyentlərinin arxasınca qayıdıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir