İdman

Türkiyə Süper Liqası: “Fənərbağça” “Trabzonspor”dan üstün oldu – VİDEO

Sharing is caring!


Türkiyə Super Liqasında 34-cü tura mərkəzi oyunla yekun vurulub.

Çempionluq uğrunda mübarizə aparan “Fənərbağça” “Trabzonspor”u qəbul edib. “Ülker” stadionunda keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:1.

Hesabı 11-ci dəqiqədə İstanbul klubundan Mitşi Batşuayi açıb. 58-ci dəqiqədə Luan Peres “Fənərbağça”nın üstünlüyünü 2 topa çatdırıb. 71-ci dəqiqədə Enner Valensiya 3-cü topu qonaqların qapısından keçirib. 79-cu dəqiqədə Qara dəniz təmsilçisi Trezegenin penaltidən vurduğu qolla fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.

Bu qələbədən sonra xallarını 71-ə çatdıran “Fənərbağça” 2-ci pillədəki mövqeyini möhkəmlədib. Hazırda komandanı lider “Qalatasaray”dan 5 xal ayırır. 48 xalı olan “Trabzonspor” isə 8-ci sırada qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir